16 Ekim 2019 Çarşamba

16 №-li texniki-humanitar lisey

             16 Nomreli Texniki-Humanitar Lisey
Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Məktəb kimi fəaliyyətə 1930-cu illərdən başlamışdır. 2000-ci ildən 16 №-li tam orta məktəbin bazasında  Texniki -humanitar lisey yaradılıb. Liseyin şagirdləri 7-ci sinifdən meyl və istəklərinə uyğun olaraq texniki və ya humanitar siniflərdə yerləşdirilir. Liseydə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Azərbaycan bölməsində 2-ci xarici dil olaraq alman dili tədris olunur. . 2014-2015-ci tədris ilindən Təhsil Nazirliyinin nümunəvi tədris planına müvafiq olaraq yuxarı sinif şagirdlərinə "Nitq mədəniyyəti" və "Üslubiyyət" dərsləri tədris olunur. Hazırda liseydə 538 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. 2 müəllim "İlin ən yaxşı müəllimi müsabiqəsi"-nin qalibi, 1 müəllim kitab və proqram müəllifidir. 10 müəllim Təhsil Nazirliyinin keçirdiyi müsabiqə yolu ilə liseyə müəllim təyin edilmişdir. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində qurulmuşdur. Lisey 2012-ci ildə "İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur.Tətbiqi riyaziyyat  və informatikanın inkişafına güclü təkan vermiş , Qeyri -səlis məntiq nəzəriyyəsinin yaradıcısı olan Lütfi -zadə liseyimizdə təhsil almışdır. Lisey təhsilini qızıl medalla bitirən və yüksək nəticə göstərən və dünyanın aparıcı Universitetlərində təhsil alan məzunları ilə fəxr edir. Liseyin şagirdləri hər il Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə, beynəlxalq olimpiadalarda xüsusi fəallıq göstərir,"Sabahın alimləri " layihəsində iştirak edir,uğurlu nəticələr əldə edirlər. Məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri yüksəkdir və onların sırasında Prezident təqaüdçüləri də var.